Azərbaycanda dollar daha 5 qəpik bahalaşdı

10:50 | 17.02.2015
Azərbaycanda dollar daha 5 qəpik bahalaşdı

Azərbaycanda dollar daha 5 qəpik bahalaşdı

Azərbaycan manatının ABŞ dolları qarşısında ucuzlaşması davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsinə görə, 1 dollar 0,7853 manatdır.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu, ötən günlə müqayisədə 0,0005 manat çoxdur. Başqa sözlə, bu gün 100 dollar almaq istəyənlər fevralın 16-sı ilə müqayisədə 5 qəpik, 1000 dollar almaq istəyənlər isə 50 qəpik artıq xərc çəkməlidir.
 
 
Dollar bahalaşsa da, avro ucuzlaşıb. AMB-ni rəsmi məzənnəsinə görə, bu gün 1 avro 0,892 manata bərabərdir. Bu, fevralın 16-da qeydə alınmış qiymətdən 0,0042 manat azdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM