Azərbaycanda dollar yenidən ucuzlaşdı

09:35 | 20.04.2015
Azərbaycanda dollar yenidən ucuzlaşdı

Azərbaycanda dollar yenidən ucuzlaşdı

Bu gün aprelin 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 20-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0502 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0025 manat və ya 0,22% bahalaşaraq 1,1333 manat olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM