Azərbaycanda dollara tələbat azaldı - RƏSMİ

21:00 | 12.05.2020
Azərbaycanda dollara tələbat azaldı - RƏSMİ

Azərbaycanda dollara tələbat azaldı - RƏSMİ

Bu gün – 12 may tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 47,9 milyon dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki – 7 may 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 8,6 milyon dollar və ya 15,2% az olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar.

10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar
29 mart – 106,5 milyon dollar
31 mart – 95,6 milyon dollar
2 aprel – 74,6 milyon dollar
7 aprel – 67,2 milyon dollar
9 aprel – 55 milyon dollar
14 aprel – 56,5 milyon dollar
16 aprel – 53 milyon dollar
21 aprel – 38,8 milyon dollar
23 aprel – 59,1 milyon dollar
28 aprel – 57,9 milyon dollar
30 aprel – 69,2 milyon dollar
5 may -  62,9 milyon dollar
7 may – 56,5 milyon dollar
12 may – 47,9 milyon dollar
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM