Azərbaycanda dollarlaşma azalıb

14:42 | 31.03.2023
Azərbaycanda dollarlaşma azalıb

Azərbaycanda dollarlaşma azalıb

2023-cü ilin yanvar-fevralında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 1,4% artaraq 11 milyard 901,8 milyon manatad təşkil edib.  Bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bu ilin fevralında əhalinin banklardakı əmanətləri 26,7 milyon manat azalıb.

2023-cü ilin ilk iki aynda  əhalinin milli valyutada əmanətlərinin həcmi 2,2% artaraq  7 milyard 298,5 milyon manat təşkil edib ki, bu da bütün əmanətlərin 61,3%-nə bərbərdir.  Fevralda milli valyutada əmanətlərin həcmi 1 milyon manat azalıb.

2023-cü ilin Yanvar-fevralda əhalinin xarici valyutada bank əmanətləri 0,01% azalaraq  4 milyard 603,3 milyon manata təşkil edib ki, bu da  bütün əmanətlərin 38,7%-i qədərdir. 2022-ci ilin yekunlarına görə, Azərbaycanda  xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib.
 
Fevralda əhalinin xarici valyutada bank əmanətləri 25,7 milyon manata kimi  azalıb.
 
Rezidentlərin banklardakı əmanətlərinin həcmi 10 milyard 741,8 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 160 milyon manat təşkil edir. Yanvar-fevralda rezidentlərin əmanətlərinin həcmi 1,6% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 1,2% azalıb.

2023-cü il fevralın 28-nə banklarda əmanət və depozitlərin həcmi 35 milyard 179,2 milyon manat təşkil edib. Bu da 2022-ci ilin sonuna olan göstəricidən 3% azdır.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM