Müvafiq qərar "Gömrüksüz ticarət mağazalarının yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydaları”na dəyişiklik edilərək Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Dəyişiklik 2015-ci il mayın 1-dən qüvvəyə minib.
Azərbaycanda "duty free” mağazalarının yaradılmasına icazə Dövlət Gömrük Komitəsi tərəfindən 5 illik müddətə verilir.
Dövlət Gömrük Komitəsi həmçinin lisenziya sahibi müraciət etdiyi və ya məhkəmə qərarı ilə onun sahibkarlıq fəaliyyətinə xitam verildiyi halda lisenziyanın fəaliyyətini dayandıra və ya tamamilə geri götürə bilər.
Lisenziya həmçinin il ərzində lisenziya sahibi təkrar qayda pozuntusuna yol verdiyi və ya təqdim edilmiş sənədlərdə yalan informasiya aşkar olunduğu halda geri götürülür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !