2023-cü ildə ölkə üzrə əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 7 207,3 milyon manat olub, bu da 2022-ci il müqayisədə isə 1 181,5 milyon manat və yaxud 17 % çox icra olunub. Bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əks olunub.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 95,4 %-i və yaxud 7 757,5 milyon manat qeyri-neft sektorunun, 4,6 %-i və yaxud 370,3 milyon manatı neft sektorunun payına düşüb.
ƏDV üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 3 147 milyon manat proqnoza qarşı 3 684,2 milyon manat (537,2 milyon manat və yaxud 17 % çox), gömrük orqanlarının payı isə 4 060,3 milyon manat proqnoza qarşı 4 443,6 milyon manat (383,3 milyon manat və yaxud 9,4 % çox) təşkil edib.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,6 % artaraq 241,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,6 % artaraq 728,408 milyon manat, aksizlər üzrə daxilolmalar 66 % artaraq 29,761 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,8 % artaraq 8,793 milyon manat olub.
2022-ci ildə Dövlət Gömrük Komitəsində 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.
Aytac Zeynalova
2022-ci ildə Dövlət Gömrük Komitəsində 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !