Azərbaycanda ƏDV üzrə proqnoz artırılır

16:07 | 30.05.2023
Azərbaycanda ƏDV üzrə proqnoz artırılır

Azərbaycanda ƏDV üzrə proqnoz artırılır

Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 152 milyon manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcək bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,4 % çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat verib.


Yenilənmiş məbləğin 56,8%-ni və yaxud 4 060 milyon manatını Dövlət Gömrük Komitəsi, 43,2 %-i və yaxud 3 092 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə 2023-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 25,8 % və 9,9 % çoxdur.

Dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.
 
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,6 % artaraq 241,928 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,6 % artaraq 728,408 milyon manat, aksizlər üzrə daxilolmalar 66 % artaraq 29,761 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 4,8 % artaraq 8,793 milyon manat olub.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM