Azərbaycanda əksər sahələr üzrə hesablaşmalar nağdsız olacaq

15:20 | 08.06.2017
Azərbaycanda əksər sahələr üzrə hesablaşmalar nağdsız olacaq

Azərbaycanda əksər sahələr üzrə hesablaşmalar nağdsız olacaq

Anews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Nağdsız hesablaşmalar", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Turizm haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "İcbari sığortalar haqqında, "Sığorta fəaliyyəti haqqında", Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilir.
 
Layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir. "Nağdsız hesablaşmalar haqqında" qanunun 3-cü (Nağdsız qaydada həyata keçirilən hesablaşmalar) maddəsinə əlavə edilən bəndə görə isə, bu cür hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.
 
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti