Cəlilabad rayonu Muğan kəndində yaşayan 14 yaşlı Samir hamının bacarmadığı qeyri-adi gimnastik hərəkətlərin asanlıqla öhdəsindən gəlir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, elastik bədənə sahib olan Samir sol qolunu istənilən vaxt oynaqdan çıxara bilir. O, bu zaman cüzi də olsa ağri hiss etmir.Maraqlısı odur ki, Samir qeyri-adi elastik hərəkətləri heç bir müəllimin köməyi olmadan öyrənib.Qeyd edək ki, Samirin elastik bədənə sahib olması heç də təsadüfi deyil. Onun babası da elastik bədənə sahib olub. Artıq balaca Samir böyük uğurlara da imza atmağa başlayıb. Samir ANS kanalında yayımlanan “Göstər özünü” telelayihəsində iştirak edərək, növbəti tura keçə bilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !