Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün "Yaşıl Kart" qiymətləri (sığorta haqları) müəyyənləşib.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 15 manat, 3 aylıq 40 manat, 6 ay aylıq 60 manat, bir illik sığorta haqqı 80 manat müəyyən edilib. Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq 35 manat, 6 aylıq 60 manat, bir illik sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq 60 manat, 6 aylıq 80 manat, bir illik sığorta haqqı 150 manat müəyyən edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !