Azərbaycanda əlilllərlə bağlı ŞOK STATİSTİKA

17:45 | 08.01.2014
Azərbaycanda əlilllərlə bağlı ŞOK STATİSTİKA

Azərbaycanda əlilllərlə bağlı ŞOK STATİSTİKA

 Azərbaycanda yaşı 18-dək olan şəxslərin sayı 2539,7 nəfər, onlardan 3 yaşadək olanların sayı isə 662,4 nəfərdir.Səhiyyə Nazirliyindən ANN.Az-a verilən xəbərə görə, yaşı 18-dək olan şəxslərin 62 min nəfərində əlillik müəyyən olunub ki, onlardan da 8,7 min nəfəri 2012-ci ildə ilk dəfə əlillik almış 3 yaşa qədər uşaqlardır. Respublikada qeydiyyatda olan 17 yaşınadək kar və zəif eşidən şəxslərin sayı 3 878, kor və zəif görənlərin sayı 14 871, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 6 462, serebral iflic qalığı olan uşaqların sayı 3 740, psixoloji inkişaf  pozuntusu olan uşaqların sayı 2 417, anadangəlmə anomaliyaları (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları) olan uşaqların sayı 7 082, nitq qüsuru olan uşaqların sayı 7 492 nəfər təşkil edib. Qeyd olunub ki, hazırda uşaq əlilliyinin profilaktikası üçün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Əlil uşaqlarla bağlı hazırlanan konsepsiya iki hissədən ibarətdir və 2020-ci ilə qədər dövrü əhatə edir. Birinci hissədə Bakı şəhərinin bir sıra tibb müəssisələrində, ikinci hissədə isə bütün tibb ocaqlarında erkən aşkarlanan və erkən müdaxilə fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM