2024-cü il mayın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 844 min 041-ə çatıb ki, bu da 2019-cu ilin əvvəli ilə müqayisədə 442,126 min vahid çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398 852 vahid artaraq 938 774 olub.
"5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - məlumatda qeyd edilib.
Son beş ildə əmək müqavilələrinin sayı 40%, özəl sektorda əmək müqavilələrin sayı isə iki dəfə artıb.
2019-cu il yanvarın 1-dən 2024-cü il martın 1-nə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin ümumi sayı 1, 834,6 min müqavilə olub ki, bunlardan 921,4 mini qeyri-neft-qaz özəl sektoruna aiddir.
Ötən ilin birinci rübündə də ölkədə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5% artaraq 1 milyon 755 min 802-yə çatıb.
Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir.
2023-ci ilin yanvar-martında əməkhaqqı fondunda daha 6% artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34%, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !