Azərbaycanda əmtəəlik qaz hasilatı 8%-dən çox artıb

20:00 | 16.10.2020
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 26,104 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 26,001 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7,5% (əmtəəlik 7,6%) az olub.

Bu ilin 9 ayında ölkədə 27,31 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 19,379 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 9 ayında təbii qaz hasilatı illik müqayisədə 5,1%, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM