• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə giriş edildiyi məlum oldu

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə giriş edildiyi məlum oldu
01.12.2020 21:00
Noyabr ayında ölkədə sosial platformalarda aktivlik nisbətən bərabər paylanıb.

Oxu.Az-ın "Global Stats”dan əldə etdiyi məlumata əsasən, internetlə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanda sosial şəbəkələrdə aktivliyi artırıb.

Belə ki, müvafiq dövrdə "Pinterest” istifadəçilərinin sayı 27,12 faiz təşkil edib. Noyabrda da ölkədə ən çox aktivliyin qeydə alındığı sosial platforma "Pinterest” olub. Lakin, oktyabra nisbətən platformada aktivlik xeyli azalıb. Oktyabr ayında "Pinterest”in ölkədəki bazar payı 73,38 faiz olub.

Noyabr ayında "Instagram” istifadəçilərinin aktivlik səviyyəsi artıb. Sosial platforma oktyabrda 2,88 faiz aktivlik göstəricisi ilə 4-cü pillədə qərar tutsa da, noyabr ayında istifadəçilərinin sayına görə 2-ci pillədə qərar tutub və aktivlik dərəcəsi 23,92 faiz təşkil edib.

Ölkədə "Facebook” istifadəçilərinin sayı isə oktyabr ayına nisbətən artaraq 23,35 faiz təşkil edib. Oktyabra nisbətən bu aktivlik ötən ay 10,35 faiz təşkil edib və "Facebook” ikinci ən çox istifadə edilən platforma olub. Noyabr ayında isə 3-cü pillədə qərar tutub.

"Youtube” istifadəçilərinin sayı isə noyabr ayında 19,28 faiz təşkil edib, bu oktyabr ayında 7,1 faiz idi və sosial platforma istifadəçilərinin sayına görə 3-cü pillədə idi.

"Twitter” istifadəçilərinin sayında da həmçinin, artım müşahidə olunub. Belə ki, noyabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 3,91 faizi təşkil edib ki, bu oktyabr ayında 1,8 faiz olub.

"Vkontakte” istifadəçilərinin noyabr ayı üzrə sayı 1,06 faizi təşkil edib.

Ümumilikdə, bütün sosial şəbəkələr üzrə aktivlik dərəcəsində artım müşahidə olunsa da, noyabr ayında "Pinterest”də azalma qeydə alınıb. Hesabat həm masaüstü vasitələrin, həm tablet, həm də mobil vasitələrin ümumi göstəricilərini əhatə edib.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Cəmiyyət 05:10
Putinlə Makron üç ildən sonra telefonla danışdı
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Cəmiyyət 04:20
Şahin Şıxlinski sərbəst buraxılıb – rəsmi
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
Cəmiyyət 04:09
Ukrayna “Sputnik Azərbaycan” rəhbərlərini “qara siyahı”ya salıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Cəmiyyət 23:24
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilib - Yenilənib
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Cəmiyyət 23:05
Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət edəcək
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
Cəmiyyət 22:09
Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanılıb
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Cəmiyyət 21:11
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Cəmiyyət 21:03
Voronejdə saxlanılan azərbaycanlı iş adamı azadlığa buraxılıb - Yenilənib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol