Azərbaycanda ən çox pul xərcləyən nazir

22:31 | 01.09.2015
Azərbaycanda ən çox pul xərcləyən nazir

Azərbaycanda ən çox pul xərcləyən nazir

Təkcə biznes sinif xərclərinə nazir və həyat yoldaşı 17 000$ sərf edib

Kuk adalarının maliyyə naziri Mark Braun qısa müddət ərzində səfər etdiyi ölkələr arasında ən çox Azərbaycanda pul xərcləyib.


ANS PRESS-in məlumatına görə, son 11 ay ərzində Mark Braun gəzdiyi ölkələrdə ümumilikdə 38 min ABŞ dolları xərcləyib. Yeni Zellandiya Beynəlxalq radiosunun məlumatına görə bu vəsaitin böyük həcmini nazir məhz Azərbaycanda xərcləyib. 

2014-ci il avqust - 2015-ci il iyun arası maliyyə naziri doqquz ölkədə rəsmi səfər edib. 

Azərbaycana bu ilin mayında Asiya İnkişaf Bankının idarə heyətinin toplantısına gələn Mark Braun, burda 12 günlük səfər çərçivəsində 20 min ABŞ dolları xərcləyib. Məlumata görə cənab Braun və onun xanımının təkcə uçuş xərcləri 17 min ABŞ dolları təşkil edib. 

Kuk adalarının nazirlər kabinetinin üzvləri yalnız biznes sinifi ilə səyahət edirlər və onların ildə bir dəfə rəsmi səfərə həyat yoldaşları ilə getmək hüququ var. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti