Azərbaycanda ən gənc seçici LDU-nun tələbəsidir

12:50 | 06.02.2024
Azərbaycanda ən gənc seçici LDU-nun tələbəsidir

Azərbaycanda ən gənc seçici LDU-nun tələbəsidir

Qarşıdan gələn növbədənkənar prezident seçkilərinin ən gənc seçicisi Lənkəran Dövlət Universitetinin nəzdindəki  Sosial və Aqrar-Texnoloji Kollecinin tələbəsi Mir-Rasif Heydərovdur. Bu barədə anews.az-a Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, II kurs tələbəsinin fevralın 7-də 18 yaşı tamam olacaq. 
 
Azərbaycanda ən yaşlı seçcinin isə 124 yaşı var. 
 
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanda sonuncu prezdient seçkiləri 2018-ci il keçirilib. 
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
 
Gülnar Nazimqızı 
 

 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM