Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlər - SİYAHI

15:00 | 15.09.2014
Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlər - SİYAHI

Azərbaycanda ən çox istifadə olunan elektron xidmətlər - SİYAHI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) avqust ayında “Elektron hökumət” portalı vasitəsi ilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını təqdim edib. ANN.Az Nazirliyə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” xidməti avqust ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Bu xidmətlə bağlı sayta 489759 giriş olub. Daha çox istifadə olunan elektron xidmətlərin daxil olduğu siyahıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (272292), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (216298), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (65161), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39384), RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249) və digər qurumların xidmətlərinin adları var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM