Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI

13:29 | 15.01.2015
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI

Təhsil və səhiyyə sahəsi geniş olduğundan, orada məişət xarakterli korrupsiya cinayətlərinin çox olması təbiidir.

Çünki həmin sahələrdə çalışan əməkdaşların sayı çoxdur. Elə nazirlik var ki, orada təxminən 2 000 vətəndaş çalışır. Təhsil Nazirliyində isə bəlkə də 50-100 min vətəndaş işləyir". "Report" xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

İdarə rəisinin sözlərinə görə, 2014-cü ildə sosial müdafiə sahəsi ilə 14 vəzifəli şəxs barəsində 3 cinayət işi, əmlak məsələləri üzrə dövlət komitəsi 2 vəzifəli şəxs barəsində 2 cinayət işi, yerli icra hakimiyyəti qurumları ilə bağlı 7 şəxs barəsində 7cinayət işi, bələdiyyələrlə bağlı 4 şəxs barəsində 4 cinayət işi, səhiyyə sahəsi üzrə 3 şəxs barəsində 3 cinayət işi, təhsil sahəsi ilə bağlı 37 şəxs barəsində 19 cinayət işi məhkəməyə göndərilib".

O, həmçinin qeyd edib ki, 118 cinayət işinin ibtidai istintaqı davam etdirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM