Komitənin məlumatına görə, Azərbaycan ən yüksək maaş alanlar mədənçıxarmə sənayesində işləyənlərdir. Neft-qaz işçilərinin orta aylıq əmək haqqı 1717 manatdır. Səhiyyə sahəsində çalışanların orta əmək haqqı isə bundan 8,8 dəfə az, yəni 195 manat təşkil edir.
Əmək haqqının həcminə görə, ikinci yeri bank-sığorta işçiləri tutur. Maliyyə-sığorta sahəsində çalışanların orta aylıq əmək haqqı 1172 manatdır və bu, ölkə üzrə orta orta göstəricini təxminən 2,7 dəfə üstələyir. Əmək haqqının həcminə görə, sonrakı yerləri informasiya və rabitə işçiləri (736 manat), peşə, elmi və texniki fəaliyyətlə məşğul olanlar (657 manat) və tikintidə çalışanlar (626 manat) tutur.
Azərbaycanda ən az maaş alanlar isə səhiyyə işçiləri və sosial xidmətlərin göstərilməsi ilə məşğul olanlardır. Bu təbəqə ayda cəmi 195 manat qazanır. Orta maaş göstəricisi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 238 manat, istirahət, əyləncə və incəsənət sahəsində 249 manat, təhsil sahəsində 297 manat, daşınmaz əmlak sektorunda 319 manatdır. Dövlət idarələrində, müdafiə, sosial təminat sahəsində işləyənlərin orta aylıq əmək haqqı isə 475 manatdır. //fins.az
Bizi sosial şəbəkələrdə izləyin !