Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlanıb

15:33 | 10.12.2013
Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlanıb

Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlanıb

Azərbaycanda ən çox yayılan endokrinoloji xəstəliklər açıqlanıb.APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin saytında “onlayn konfrans” vasitəsilə jurnalistlərin suallarını cavablandıran Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov bildirib ki, hazırda ölkədə ən çox yayılan endokrinoloji xəstəliklər şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır: “Bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Buna görə də ölkədə şəkərli diabet xəstəliyində artım müşahidə olunur. Bundan əlavə illərlə qeydiyyata düşməyən diabet xəstəsi də maariflənərək qeydiyyata düşür”. Bu xəstəliyin daha çox hansı bölgədə yayılmasına gəlincə, R.Cabbarov qeyd edib ki, əhalisi çox olan bölgələrdə daha çox, az olan ərazilərdə isə daha az şəkərli diabet xəstəsi qeydiyyatdadır. Həkim vurğulayıb ki, bu xəstəlik bütün bölgələrdə yayılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM