Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı -SİYAHI

13:26 | 24.03.2023
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı -SİYAHI

Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı -SİYAHI

2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı  856.2 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumata əsasən bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.8 faiz artımdır.

Belə ki, əməkhaqqı neft-qaz sektorunda 3135 manat, qeyri neft-qaz sektorunda 812.4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809.9 manat, özəl
müəssisələrdə isə 908.4 manat olub.

Mədənçıxarma sənayesində (3 004 manat), maliyyə və sığorta fəaliyyəti (2 039 manat), peşə, elmi və texniki fəaliyyət (1 366 manat), eləcə də informasiya və rabitə sahələrində (1 440 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM