Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir - RƏSMİ

16:26 | 21.11.2019
Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir - RƏSMİ

Azərbaycanda ən yüksək və ən aşağı pensiyalar bu rayonlarda verilir - RƏSMİ

Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 281 min 993 nəfər pensiyaçı olub.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, pensiyaçılara verilən orta aylıq pensiya məbləği 240 manat 57 qəpik olub.
Paytaxt Bakıda orta aylıq pensiya məbləği 332 manat 96 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilan rayonunda verilib.  Bu rayonda orta aylıq pensiya məbləği 236 manat 9 qəpik olub. Zəngilan rayonundan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında  Xızı (231,9 manat), Şirvan (229 manat), Şuşa (227,2 manat), Siyəzən (222,6 manat) və Sumqayıt (220,2 manat)  ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Lerik rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 172 manat 23 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Masallı (181,3 manat), Xaçmaz (182,4 manat), Yardımlı (182,6 manat), Balakən (185,9 manat) və Quba (186 manat) yer alıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb