Azərbaycanda enerji, qaz və buxar istehsalının gəlirləri artıb

17:42 | 14.09.2023
Azərbaycanda enerji, qaz və buxar istehsalının gəlirləri artıb

Azərbaycanda enerji, qaz və buxar istehsalının gəlirləri artıb

2023-cü ilin səkkiz ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 993,3 milyon manat dəyərində məhsul istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü müqayisədə 1,9% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Cari ilin yanvar-avqustunda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 369,1 milyon manat təşkil edib, bu da illik müqayisədə 15,6% artım deməkdir.

2022-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 milyon manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.
 
Bu ilin 6 ayında neft-qaz sektorunda məhsul istehsalı 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17,0 faiz artıb.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM