Azərbaycanda əqli mülkiyyət oğrularına sərt cəza

11:03 | 09.12.2013
Azərbaycanda əqli mülkiyyət oğrularına sərt cəza

Azərbaycanda əqli mülkiyyət oğrularına sərt cəza

Azərbaycanda "Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında" yeni qəbul olunan qanun piratçılığa qarşı mübarizədə mühüm irəliləyişə səbəb olacaq. Bu barədə Trend-ə açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) Hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.X.Həsənli qeyd edib ki, qanunun qəbul olunması ilə əlaqədar həm inzibati qanunvericiliyə, həm də cinayət qanunvericiliyinə bir sıra dəyişikliklər edilib.Yeni qanunda cərimələrin sərtləşdirildiyini deyən X.Həsənlinin sözlərinə görə, əgər müəllif hüquqlarının pozulmasına görə inzibati məsuliyət yaranarsa, hər bir pirat nüsxəyə görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaqlar.X.Həsənli əlavə edib ki, nəzarət markası yapışdırılmayan məhsulların yayılmasına, nəzarət markasının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına və yaxud qeyri-qanuni hazırlanması, istifadəsi və satışına görə fiziki şəxslər min manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxs isə 3 min manat miqdarında cərimə olunur: "Cinayət məsuliyyətində isə birinci halda, nəzarət markasının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına və yaxud qeyri-qanuni hazırlanması, istifadəsi və satışına görə3 min manat miqdarında cərimə, yaxud 320 saatdan 480 saata qədər ictimai işlə cəzalandırılma nəzərdə tutulur. Bu hal təkrar törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə və küllli miqdarda ziyan vurulduqda, 7 min manat miqdarında cərimə və 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".X.Həsənli bildirib ki, yeni qanun yaxın vaxtlarda tətbiq oluna bilər: "Qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunub. Hazırda isə nəzarət markalarının verilməsinə və müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinə vurulması ilə bağlı prosedurları tənzimləyən qərar layihəsi Agentlik tərəfindən hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti