Azərbaycanda əsir olan erməninin anasından prezidentə məktub

12:58 | 27.11.2013
Azərbaycanda əsir olan erməninin anasından prezidentə məktub

Azərbaycanda əsir olan erməninin anasından prezidentə məktub

Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun əsgəri Akop İnciqulyanın anası Qayane İnciqulyan Ermənistan prezidentinə açıq məktub yazıb.APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, Q. İnciqulyan S. Sarkisyandan xahiş edib ki, Azərbaycan prezidenti ilə növbəti görüşündə mümkün olarsa, oğlunun buraxılması məsələsini qaldırsın: “Mən əminəm ki, oğlu əsirlikdə olan ananın göz yaşları və ağrı-acısına laqeyd qalmayacaqsınız. Biz xahiş edirik ki, mümkündürsə Azərbaycan prezidenti ilə növbəti görüşünüzdə bu məsələni müzakirə edəsiniz”. Xatırladaq ki, bu il avqustun 7-dən 8-nə keçən gecə Akop İnciqulyan cəbhənin Ağdam istiqamətində qoşunların təmas xəttini keçib və Azərbaycan əsgərləri tərəfindən əsir götürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti