Azərbaycanda ət idxalı artıb- RƏSMİ

17:18 | 15.09.2023
Azərbaycanda ət idxalı  artıb- RƏSMİ

Azərbaycanda ət idxalı artıb- RƏSMİ

2023-cü ilin yanvar-avqustunda Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müqayisədə 573,2 ton və ya 2,2% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda  bildirilib.

Ötən ilin yanvar-avqustunda Azərbaycana xarici ölkələrdən 26 149,91 min dollar dəyərində 45 495,85 ton ət idxal edilib.

2023-cü ilin səkkiz ayında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.
 
Mal ətinin qiyməti avqustda 1 manat bahalaşaraq bir kiloqram üçün 15-16 manat arasında təklif olunurdu.

Ötən ilin 3 ayında Azərbaycana 15 milyon 675 min dollar dəyərində 9 162 ton ət idxal edilib. Bu, həcm baxımından 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8 %) çoxdur.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM