Azərbaycanda ət problemi - VİDEO

15:44 | 04.11.2014
Azərbaycanda ət problemi - VİDEO

Azərbaycanda ət problemi - VİDEO

Şəkidə açılan heyvan bazarında iribuynuzlu mal-qara satışına icazə verilməyib.ANS TV-nin məlumatına görə, üç aya yaxın bağlı qalan Şəkinin heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Amma bazarda apardığımız müşahidələr zamanı burada iribuynuzlu mal-qaranın satılmasını görmədik. Satıcılar bazarın açılmasına baxmayaraq, yayılan “nodulyar dermatit” xəstəliyi ilə bağlı iribuynuzlu heyvanların satışına icazə verilmədiyini söylədilər.Bu ilin yay aylarında Aran rayonlarında qeydə alınan virus mənşəli dəri xəstəliyi olan “nodulyar dermati”tə Şəkinin bir neçə kəndində də iribuynuzlu mal-qara arasında yoluxma qeydə alınıb. Heyvanları xəstələnən kənd sakinləri yerli baytarlara müraciət edib: Rayonun baş baytarı Əlövsət Mustafayevin sözlərinə görə, xəstəlik qeydə alınandan sonra dərhal rayona xüsusi dərman preparatları gondərilib. Görülən tədbirlər nəticəsində xəstəliyin rayonda geniş yayılmasının qarşısı alınıb. Üç aya yaxın bağlı qalan heyvan bazarının açılmasına baxmayaraq, orda iri buynuzlu mal-qaranın satışına qoyulan qadağa ilə bağlı isə Əlövsət Mustafayev bunun ümumi profilaktik tədbir kimi müvəqqəti hal olduğunu söylədi. ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb