Azərbaycanda bu qadınlara pul verilə bilər

13:12 | 22.11.2019
Azərbaycanda bu qadınlara pul verilə bilər

Azərbaycanda bu qadınlara pul verilə bilər

"Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”.

"Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda 18 yaşadək uşaqlara "uşaq pulu”nun verilməsi haqda öhdəliklə bağlı sualı cavablandırarkən deyib.

O vurğulayıb ki, son 2 ildə Prezident tərəfindən sosial sahəyə xeyli vəsait ayrılıb: "Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb