Azərbaycanda fırtına qopdu

11:33 | 03.04.2015
Azərbaycanda fırtına qopdu

Azərbaycanda fırtına qopdu

Ötən gündən başlayaraq Bərdə rayonunda güclü külək əsməyə başlayıb. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, külək səhər saatlarından başlayaraq daha da güclənib.

Hadisə nəticəsində elektrik naqillərinə ziyan dəyib. Rayona elektrik enerjisinin verilişi dayandırılıb. Səhər saatlarında isə rayonun bir hissəsinə enerji verilişi bərpa olunub.

Lakin böyük Bərdənin böyük bir hissəsində işıq yoxdur.

Qeyd edək ki, hadisə nəticəsində rayonda bir neçə ağac aşıb. Bəzi evlərə ziyan dəydiyi də bildirilir.

Hadisə nəticəsində rayona dəyən ziyan araşdırılır. Yollara aşan ağacların təmizlənməsina başlanılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM