Ötən gün Şabran rayonunda güclü vulkan püskürüb
“Qafqazinfo” xəbər verir ki, hadisə Şabranın Surra kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında baş vermiş vulkan püskürməsi sakinlərin təşvişinə səbəb olub.
Nəticədə 1 saata yaxın güclü gurultu səsi qeydə alınıb. Uzunluğu 1 km, eni 500 metr olan püskürmə nəticəsində böyük qaya parçaları Şabran çayına yuvarlanıb.Onu da bildirək ki, hadisə Surra kənd sakini Zaur Zeynalovun evindən təxminən 200 metr aralıda baş verib.Şabran RİH-in başçısı Novruz Novruzov da hadisə yerinə baxış keçirib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !