Azərbaycanda güclü zəlzələ gözlənilir?

12:30 | 15.03.2014
Azərbaycanda güclü zəlzələ gözlənilir?

Azərbaycanda güclü zəlzələ gözlənilir?

Qurban Yetirmişli: “Respublikada gücü 4 baldan çox olmayan və yeraltı təkanların olacağı ehtimal olunur”“Azərbaycanda gücü 4 baldan çox olmayan və dərinliyi 20 km-dən artıq olan yeraltı təkanların olacağı ehtimal olunur”. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, ölkə ərazisində son zamanlar baş verən ardıcıl zəlzələlər Hacıqabulda baş verən güclü zəlzələ ilə əlaqəlidir: “Fevral ayında Hacıqabulda baş verən zəlzələdən sonra bütün respublika yeraltı təkanları hiss etdi. Bu cür güclü zəlzələrin nəticəsində bloklarda qırılmalar boyu oynama müşahidə olunur. Hardaki gərginlik var, zəlzələ ocağı var istər-istəməz ora aktivləşir. Ancaq buna baxmayaraq respublika ərazisində seysmiklik fon səviyyəsindədir. Zəlzələ ocağlarında bloklar arasında olan gərginlik oynamalara səbəb olur. Qəbələ, İsmayıllı və Lerikdə fevral ayında baş verən təkanlar, avterşoklar Hacıqabuldakı 5,7 ballıq ocaqla əlaqəlidir. Çünki təkanlar bir qırılma boyu baş verir və ocağa yaxın zonalarda sesmik aktivlik müşahidə olunur. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində gülcü zəlzələlərin gözlənilmədiyini bildirib:“Əsasən gücü 4 baldan çox olmayan və dərinliyi 20 km-dən artıq olan yeraltı təkanların olacağı ehtimal olunur. Lap güclü zəlzələnin olacağına inanmıram. Zəif təkanların olacağı istisna deyil və bu da bloklarda qırılmalar boyu aktivlişmə ilə əlaqəlidir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb