Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü

11:35 | 24.12.2013
Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb.Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu “YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM