Son zamanlar Azərbaycanda intihar halları çoxalıb. İntihar hallarını araşdırdığımız zaman yaş senzinin də aşağı düşdüyü bəlli olur. Bəzi ekspertlər gənclərin intihar təşəbbüslərini işsizlik, şəxsi həyatın olmaması və ya ailədaxili problemlərlə əlaqələndirirlər.
ANN.Az-a açıqlamasında həkim-psixoloq
Cabbar Qurbanov gənclərin intihara meyilliyin səbəblərindən danışıb:"İntihar hadisələri cəmiyyətdə baş verənlərlə birbaşa əlaqəlidir. Son zamanlarda intihar hallarının artmasına səbəb gənclərdə gələcəklə bağlı ümidsizliyin, onların çıxış yolu tapa bilməməsi ilə əlaqədardır. Bəzi gənclərin yaşayış səviyyəsinin həddən artıq yüksək olması, bəzilərinin adi çörəkpulu belə tapa bilməməsi, bəzən də ailə münaqişələri intihar hallarına birbaşa səbəb olur. Ailə münaqişələrinin kökünü araşdırdıqda yenə maddi təminatla bağlı problemlərin olduğunun şahidi oluruq. Yəni, bəzi gənclərin bahalı restoranlarda böyük pullar xərcləməsi, ətrafındakıların, hətta polis məmurların onların qarşısında baş əyməsi, iş tapa bilməyən və ya aylıq məvacibi az olan gənclərin daxilində müəyyən hisslər oyadır və onlar bu problemi həll edə bilməyəndə, intihar yoluna əl atırlar”.Cabbar Qurbanov açıqlamasında intihar hallarının baş verməsinin kriminalizmin, cinayətin, zorakılığın təbliği ilə əlaqəli olduğunu bildirib: “İntihar hallarının başqa səbəbi də dünyada son zamanlar cinayət faktlarının, kriminalizmin artmasıdır. Televiziyada, internetdə zorakılığın geniş təbliği gənclərə də təsir edir, onların şüuraltında müəyyən izlər buraxır. Həmin hadisələrin qəhrəmanlarının televiziyada dəfələrlə nümayiş etdirilməsi, onların qısa zamanda məşhurlaşması gənclərə pis nümunə olur” – deyə Cabbar Qurbanov bildirib.
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !