Azərbaycanda gənclərin sayı açıqlanıb

10:45 | 02.02.2024
Azərbaycanda gənclərin sayı açıqlanıb

Azərbaycanda gənclərin sayı açıqlanıb

Ölkə əhalisinin 2,3 milyon nəfərini gənclər təşkil edir. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.

Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.

 Heydər Əliyev 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM