Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb

23:40 | 12.04.2017
Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb

Azərbaycanda gömrük xidmətləri tam elektronlaşdırılıb

Azərbaycanın Dövlət Gömrük Komitəsi 100 faiz elektron xidmətə keçib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Bakıda keçirilən "Caspian Energy 2017" forumunda deyib.

O bildirib ki, islahatlar gömrük sahəsinə də toxunub:

"Bu gün Azərbaycanda gömrük xidmətləri 100 faiz elektronlaşdırılıb. Biz eləcə də "yaşıl dəhlizləri"in fəaliyyəti üçün imkanlar yaradırıq. İdxalçı ölkələrdən artıq 10 təşkilat yaşıl dəhlizdən istifadə edir".

A.Əliyev, həmçinin sərhəd məntəqələri və aeroportlarda "Tax Free" tətbiq olunduğunu da qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM