"Bizim təhsil sistemimizin yanaşması bundan ibarətdir ki, vətəndaşa deyir ki, gücün nəyə çatısa onu ver və mən sənə bir ixtisas verim. Niyə? Çünki əhalinin gücü buna çatır. Amma reallığa baxanda dünyada rəqabətə hazır olan bir həkimi bir mühəndisi neciyə hazırlanır? Mümkündürmü bizdə 1500 manatla təhsil alan eyni ixtisasın adamı ilə dünyadakı təhsil alan bir şəxsi müqayisə etmək? Bunlar açıq müzakirə olunmalıdır. Özümüzü aldatmamlıyıq. Amma 1500 manata heç təhsil alamamağı daha üstün tuturam.Ən azı bəzi bacarıqları inkişaf etdirmək olur. Diplom xatirinə verilən təhsil isə başqa məsələdir.”, - nazir Təhsilin İnişafı Forumunda çıxışında bildirib.
Əmrullayev vurğulayıb ki, bunun üçün xaricdə təhsil proqramlarına qoşulmaq yaxşı nəticələr verə bilər.
Nazir özünü nümunə çəkərək bildirib ki, dövlət onun xaricdə təhsili üçün 130 min dollar xərcləyib və bu təhsilə görə ona sərmayə qoyanlara təşəkkürünü bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !