Azərbaycanda gül dərmək istəyən yeniyetmə canından oldu — VİDEO

21:19 | 04.03.2020
Azərbaycanda gül dərmək istəyən yeniyetmə canından oldu — VİDEO

Azərbaycanda gül dərmək istəyən yeniyetmə canından oldu — VİDEO

Yardımlı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Anews.az  Baku Tv-yə istinadən xəbər verir ki, rayonun Gügavar kəndində 12 yaşlı Aris Ağakişiyev qardaşı Daşqın Ağakişiyevlə birlikdə gül dərmək üçün dağlıq əraziyə gedib. 
A.Ağakişiyev gül dərmək istəyəndə ehtiyatsızlıq edib və 35-40 metr hündürlükdən dərəyə yıxılıb. Baş nahiyəsindən ağır yaralanan yeniyetmə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkim Hikmət Əliyevin sözlərinə görə, A.Ağakişiyev xəstəxanaya daxil olan zaman vəziyyəti ağır olub: "Xəstənin beynində hematoma olduğu üçün Lənkəran xəstəxanasına göndərilib”. 
Görülən tədbirlərə baxmayaraq, A.Ağakişiyevin həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmənin meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb