Azərbaycanda gülməli kənd adları - Rus Borisi, Mırtı, Bağırsaq... - SİYAHI

15:32 | 06.11.2019
Azərbaycanda gülməli kənd adları - Rus Borisi, Mırtı, Bağırsaq... - SİYAHI

Azərbaycanda gülməli kənd adları - Rus Borisi, Mırtı, Bağırsaq... - SİYAHI

Son illər Azərbaycanda SSRİ dövründən qalan və qeyri-adi səslənən, insanlarda gülüş doğuran bir-sıra kənd adları yenilərilə əvəz olunur.

Anews.az xəbər verir ki, son illərə kimi Azərbaycanda Çistı Klyuç (Xızı r-nu), Lüksemburq (Samux r-nu) kimi kənd adları olub. Bu cür adların əksəriyyəti yeni adlarla əvəz olunsa da, hələ də SSRİ dövründən qalan və qeyri-adi səslənən kənd adları qalmaqdadır.

Həmin kənd adlarının bəzilərini təqdim edirik:
- Rus Borisi - Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülən rus kolonistlərindən ibarət olub. SSRİ zamanında kənd xeyli böyüyüb, kəndin əhalisi təxminən 2 000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb.
- Qarabaldır - Oğuz rayonun ərazisində yerləşir. "Qarabaldır" adındakı "qara" böyük, güclü, qüvvətli deməkdir, "baldır" isə çıxıntı sözlərindən yaranıb "böyük çıxıntı" mənasını verir.

- İnstitut - Samux rayonu ərazisində fəhlə qəsəbəsi. Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılıb.

- Keçili - Şahbuz rayonunda kənd. Rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacındadır. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XII əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəliblər.
- Burunqovaq -  Samux  rayonunda kənd.  1917-ci ildə oykonim Burun Qonçaq variantında qeydə alınıb. Ukraynada Burın, Qazaxıstanda Burunday, Şimali Osetyada Buron adlı yaşayış məntəqələri də mövcuddur. 

-  Mırtı - Göyçay rayonu ərazisində yerləşir. Əsl adı Murtu olub. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranıb.
- Xoruzlu - Tərtər rayonunda kənd. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır. Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar.

- Bağırsaq - Kəlbəcər rayonu ərazisində yerləşir.  Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqlardan alıb. Bura dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılıb.

- Burunlu - Zərdab və Zəngilan rayonu ərazisində yerləşən kəndlərdən biridir.  
- Yekəxana - Göyçay rayonunda kənd. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşayan yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir.

- Düz Cırdaxan - Tovyz rayonunda  kənd. Kəndin tarixi Monqollar dövrünə gedib çıxır. Cənubi Qafqazın  ərazisi 110 noyon arasinda bölüsdürüləndə Tovuzun bəzi hissələri isə Cirda xana düşüb. Sonralar isə kənd elə Cirdaxan deyə adlandirilib. Bir neçə kəndin adi Cirdaxan olduğundan kəndin adı Düz Cirdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş.

-  Qoturlu - Kəlbəcər rayonunda kənd. Kəndin yaxınlığında Qoturlu adlı müalicəvi əhəmiyyətli mineral bulaq var. Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılıb.

- Ətyeməzli - Ağdam rayonunun kəndlərindən biridir. Ətyeməzli adı ilə tanınan bu kəndin adı əslində atyeməzlər tayfasının adı ilə bağlı olub "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. Bununla yanaşı, İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd adı məlumdur.  Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəliblər.
- Dandıx - Qəbələ rayonun ərazisində yerləşən kənddir. Hazırda kənddin əhalisi 150 nəfərdən ibarətdir.

- İnəkboğan - Gədəbəy rayonu ərazisində yerləşir.
- Düdükçü - Xocavənd rayonunda kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində dudukcu nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılıb.

- Ətcələr - Sabirabad və Cəlilbad rayonun ərazisində kənd. Tədqiqatçıların fikrincə Azərbaycan ərazisində yaşamış atçılar adlı tayfanın adının təhrif formasıdır.
- Soğanverdilər - Bərdə rayonun ərazisində yerləşən kəndlərdən biridir.  

- Yanıxlı -Tovuz rayonu ərazisində yerləşir. Toponimdir. Qıpçaqların uran tayfasının adı ilə bağlı olması  güman edilir.
- Aşağı Ayıblı - Tovuz rayonun ərazisində yerləşir. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılar olub. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olub. XVII-XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınıb. Sonralar  Eyyublu  təhrif olunaraq Ayıblı şəklinə düşüb.(Yeniavaz.com)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM