Azərbaycanda hakim qadınların sayı artıb

13:56 | 25.11.2021
Məhkəmələrdə çalışan hakim qadınların sayı 2021-ci ildə 2020-ci illlə müqayisədə  75-dən 92 nəfərə kimi artıb. Cəmi hakimlərin sayı isə 2021-ci ildə 553 nəfər, 2020-ci ildə isə 522 nəfər təşkil edib.   Bunu Azərbaycan Respublikasının Ədliyyə nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.

"2019-cu ildə 543 hakimdən 79-u, 2020-ci ildə 522 hakimdən 75-i qadın olub. 2021-ci ildə isə 553 hakimdən 92-si qadındır. Qadın hakimlərdən 73-u birinci instansiya məhkəmələrində, 13-ü apellyasiya məhkəmələrində, 6-ı Ali Məhkəmədə fəaliyyət göstərir. Konstitusiya Məhkəməsində çalışan  9 hakimdən 2-i qadındır" , - deyə nazirlik sözçüsü bildirib. 

Ədliyyə orqanlarında çalışan 6527 nəfərdən 1346-ı qadındır (20%). Nazirlikdə rəhbər vəzifədə çalışan qadınların sayı isə 87 nəfərdir.


Ləman Qasımova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM