• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycanda halal kolbasada donuz əti aşkarlandı

Azərbaycanda halal kolbasada donuz əti aşkarlandı
06.02.2014 16:45
 Azərbaycanda saxta halal kolbasa və sosiska istehsal edən şirkət aşkar edilib. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Ay-Min» MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Belə ki, müəssisə tərəfindən istehsal olunan «Flaqman» əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı «Krakovskaya», «Prima», «Gülüstan», «Pəhriz», «Həvəskar» kolbasalarının və «Südlü», «Kürə» sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu, eyni anbarda saxlanıldığı və eyni nəqliyyat vasitələri ilə daşındığı aşkar olunub. Bundan başqa, «Krakovskaya», «Prima», «Gülüstan», «Abşeron», «Azəri», «Həvəskar» kolbasalarının resepturasında məhsulun tərkibində donuz əti və piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların əvəzinə resepturada nəzərdə tutulmayan mal piyinin göstərildiyi, habelə «Südlü», «Azəri», «Bakı» və «Kürə» sosiskalarının resepturasında məhsulun tərkibində donuz əti nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların gizlədildiyi müəyyən edilib. Eyni zamanda, istehsal olunan kolbasa və sosiskaların istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulların mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi aşkarlanıb. Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən «Ay-Min» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol