Azərbaycanda “Halal” nişanı qadağan olunur - rəsmi açıqlama

13:34 | 24.02.2014
Azərbaycanda “Halal” nişanı qadağan olunur - rəsmi açıqlama

Azərbaycanda “Halal” nişanı qadağan olunur - rəsmi açıqlama

“Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözünün çıxarılması üçün 1 aprel 2014-cü il tarixinədək vaxt verilib.ANN.Az saytının məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib. Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. Standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi malın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsinə qadağa qoyulacaq.Beləliklə, cari ilin 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcək. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə, verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir.1 aprel 2014-cü il tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM