Azərbaycanda havanın temperaturu yenidən enəcək

17:00 | 14.10.2017
Azərbaycanda havanın temperaturu yenidən enəcək

Azərbaycanda havanın temperaturu yenidən enəcək

Oktyabrın 16-dan Azərbaycanda havanın temperaturu yenidən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində
qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 15-də hava əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°,
gündüz 8-13° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM