Azərbaycanda havanın temperaturu yüksələcək

14:22 | 20.02.2014
Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycanda havanın temperaturu yüksələcək

Bakı və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM