Azərbaycanda həbsxana rəhbərlərinə xüsusi səlahiyyət verilir

18:45 | 23.12.2013
Azərbaycanda həbsxana rəhbərlərinə xüsusi səlahiyyət verilir

Azərbaycanda həbsxana rəhbərlərinə xüsusi səlahiyyət verilir

Azərbaycanda həbsdə saxlanma yerlərinin rəhbərlərinə rəis statusu və ona istənilən orqanın qərarı olmadan müvafiq protokol tərtib etməklə bir sıra hallarda şəxsi dərhal həbsdən azad etmək hüququ verilməsi təklif edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinin 162.5-ci maddəsinə əlavə və dəyişiklik olunacaq.

 

Maddədə edilən əlavə və dəyişikliyə əsasən, “həbsdə saxlanma yerinin rəhbəri” ifadəsi “həbs yerinin rəisi” sözləri ilə əvəz edilir və rəisə xüsusi səlahiyyət verilir. Səlahiyyət ondan ibarətdir ki, cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbsdə saxlanılma yerinin rəisi müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi dərhal həbsdən azad edir:

 

Məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;

Bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda;

Cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.

 

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM