Azərbaycanda həkim koronavirusdan vəfat edib- FOTO

10:18 | 28.10.2020
Azərbaycanda həkim koronavirusdan vəfat edib- FOTO

Azərbaycanda həkim koronavirusdan vəfat edib- FOTO

Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.

Anews.az reporta istinadla məlumat verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Babaxan Nəsirov COVID-19-dan dünyasını dəyişib.
O, xəstəxananın travmatologiya şöbəsində çalışırdı.

Son günlər Azərbaycanda koronavirusa yoluxma halları yenidən artıb. Bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb və ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Həmçinin Operativ Qərargah vətəndaşları COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM