Bariatrik-estetik cərrah Mübariz Məmmədlinin sosial şəbəkədə paylaşdığı video müzakirələrə səbəb olub. "Qafqazinfo” xəbər verir ki, həkim instaqram səhifəsində özünü əməliyyat edən zaman çəkilən görüntülərini yayımlayıb.
M. Məmmədli videoda liposaksiya (Piy sovurma əməliyyatı) etdiyini bildirib. O, həmin görüntülərə "Əməliyyatımız bitdi, nigaran qalmayın. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad olundum, Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsin özüm-özümə etdim” şərhini yazıb.
Həmin paylaşımı 160 minə yaxın insan izləyib və 800-ə yaxın şərh yazılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !