"Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.
Anews.az xəbər verir ki, bunu APA-ya V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
O bildirib ki, Türkiyədə Cənubi Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: "Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !