Azərbaycanda hər 1000 nəfərə 300 avtomobil düşür

11:19 | 12.01.2015
Azərbaycanda hər 1000 nəfərə 300 avtomobil düşür

Azərbaycanda hər 1000 nəfərə 300 avtomobil düşür

"Böyük Bakının Regional İnkişaf Planı”nda Sabunçu və Xırdalan istiqamətində alt mərkəzlərin yaradılması təklifi paytaxtın mərkəzi hissəsinin yükünün azaldılmasına yönəlib.

AzərTAc-ın məlumatına görə, bu sözləri Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, "həmin ərazilərdə sosial və yol infrastrukturunun genişləndirilməsi, ticarət və əyləncə mərkəzlərinin yaradılması planlaşdırılır”.

"Bununla da şəhər kənarında yaşayan sakinlərin paytaxtın mərkəzinə axınının qismən də olsa qarşısı alınmaqla yanaşı, nəqliyyatın sıxlığı da xeyli azalacaq”.

Mərkəzdənqaçma (desentralizasiya) tədbirlərinin görülməsi şəhərsalmada dünyada istifadə edilən metodlardan biridir deyən İ.İsbatov əlavə edib ki, respublikada iqtisadi inkişaf tempi sürətlə getdiyindən bu proses avtomobillərin sayına da təsirsiz ötüşməyib.

"İnkişaf etmiş Avropa ölkələrində 1000 nəfərə düşən avtomobillərin sayı 400-ə çatıbsa, Azərbaycanda bu rəqəm təqribən 300-dür”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM