Azərbaycanda hər kəs bu polisin əməlindən danışır - VİDEO

09:44 | 02.02.2020
Azərbaycanda hər kəs bu polisin əməlindən danışır - VİDEO

Azərbaycanda hər kəs bu polisin əməlindən danışır - VİDEO

İlahə Sadıqova ad-soyadlı vətəndaş Bakı Metropolitenində Polis Şöbəsinə müraciət edərək metronun "28 may" stansiyasında "BakıKART" aparatının yanında 2 min 139 manat pulunu unutduğunu bildirib.

Elə həmin gün axşam saatlarında metronun"28 May" stansiyasında xidmət aparan polis serjantı  Namiq Nəsibov həmin miqdarda olan pulu taparaq, bu barədə "Metropoliten"in rəhbərliyinə məlumat verib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına  sevindiyini bildirən İlahə Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Polis əməkdaşı deyir ki, belə hadisələr nadir hallarda baş verir. Amma hər bir halda bu cür halla üzləşən vətəndaşlar xidmətdə olan polislərə, yaxud "Metropoliten" əməkdaşlarına müraciət etsələr yaxşı olar.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb