Azərbaycanda hərbi yük avtomobili aşıb

10:49 | 02.12.2013
Azərbaycanda hərbi yük avtomobili aşıb

Azərbaycanda hərbi yük avtomobili aşıb

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.APA-nın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Zil” markalı yük avtomobili dağlıq ərazidə idarəetməni itirərək aşıb. Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbçi Əfqan Salıfov xəsarət alıb. Yaralı hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək Ə. Salıfov Qazax rayonundan hərbi xidmətə çağırılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM